"Mançester Yunayted" Ronaldonun het-triki sayəsində qələbə qazanıb
13.03.2022 [13:06]
Xəbərin mətni
Martın 12-də futbol üzrə İngiltərə Premyer Liqasının 29-cu turunun qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, "Old Trafford" stadionunda "Mançester Yunayted" öz meydanında "Tottenhem" komandasını qəbul edib. Görüş Mançester təmsilçisinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2. "Mançester Yunayted"in heyətində hər üç qolu Kriştiano Ronaldo vurub.