CƏMİYYƏT


Mingəçevirdə keçmiş məhkumun kirayədə yaşadığı evdən qumbara və heroin aşkarlanıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər bir neçə dəfə məhkum olunmuş şəhər sakini Feruz Bayramov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkarlanıb.
Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan külli miqdarda heroin, yarım kiloqrama yaxın tiryək və 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb.