SİYASƏT
Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib
13.03.2022 [15:35]
Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsinə ehtiram məqsədilə anım mərasimləri keçirilib.
Vətən müharibəsi şəhidləri Murad Nağıyev və Həsənağa Abdullazadənin xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, millət vəkilləri, şəhidlərin ailə üzvləri, dostları və döyüş yoldaşları iştirak ediblər.