CƏMİYYƏT


Qasırğa taxıl sahələrinə böyük zərər vurdu – aqrar sığorta işə düşdü

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində ölkədə indiyədək qeydə alınan ən böyük sığorta hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, Qobustan rayonunda əsən güclü külək və qum fırtınası rayonun əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə böyük zərər vurub. Hadisə rayonda çoxsaylı fermer təsərrüfatlarını əhatə edib. Baş verən hadisə nəticəsində rayonun - Ərəbqədim, Nardaran, Qobustan, Qaradüzlü, Ərəbşahverdi, Xilminli kəndlərində fiziki və hüquqi şəxslərə məxsus, ümumilikdə, 400 hektara yaxın sığortalanmış taxıl əkini sahələri qasırğadan zərər görüb.