İQTİSADİYYAT


Ağdaş Suvarma Sistemləri İdarəsi suvarma suyu ilə təminatın yaxşılaşdırılması üçün gücləndirilmiş iş rejimində çalışır

Su istifadəçilərinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Ağdaş Suvarma Sistemləri İdarəsi gücləndirilmiş iş rejimində çalışır.
Əkin sahələrinin suvarılması üçün 19100 kilometrdən artıq suvarma kanalının və 1900 kilometrdən artıq kollektor-drenaj şəbəkəsinin istismarı təşkil olunur, həmin kanallar üzərində olan qurğularda təmir işləri aparılır: Ötən il idarə tərəfindən bütün əkin sahələrinin suvarma işləri başa çatdırılıb. Bu il də bu sahələrin suvarılması planlaşdırılır. Hazırda əkilmiş 15115 hektar sahənin birinci suvarılması yekunlaşıb.