CƏMİYYƏT


Quba və Xızıya 30 santimetrədək qar yağıb

Azərbaycanın şimal bölgəsinə 29 santimetrədək qar yağıb, temperatur mənfi 14 dərəcəyədək enib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qar daha çox Xızı, Quba və Qusar rayonlarına yağıb.
Qubanın rayon mərkəzində qarın hündürlüyü 1, Xaltan kəndində 29, Qrızda isə 13 santimetrdir. Qrızda temperatur mənfi 14 dərəcəyədək düşüb.