CƏMİYYƏT


Xəzər rayonunda 11 kq heroin, marixuana və metamfetamin aşkar edilib

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri silsilə əməliyyatar nəticəsində Zirə və Türkan qəsəbələrində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.
Belə ki, Zirə qəsəbəsində yaşayan İsrafil Hüseynovun narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatı yoxlanılan zaman fakt öz təsdiqini tapıb. Polislər həmin şəxsi saxlayaraq üzərinə və yaşadığı evin həyətindəki istixanaya baxış keçirən zaman ümumi çəkisi 10 kiloqram olan heroin, marixuana və metamfetamin aşkar edilib.