CƏMİYYƏT


Sabah ölkə ərazisində havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır

Azərbaycanda martın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru Abşeron yarımadasının əsasən şimal hissəsində qısa müddətə sulu qara keçməsi ehtimal edilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə və gündüz 2-7° isti olacağı ehtimalı var.