SİYASƏT


İslam ölkələrinin mediası Azərbaycana informasiya dəstəyi göstərməkdə davam edəcək

İslam ölkələrinin mediası Vətən müharibəsində Azərbaycanın Zəfərinə, Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi barbarlığa, hazırda həmin ərazilərin bərpası istiqamətində başlanan genişmiqyaslı quruculuq işlərinin işıqlandırılmasına xüsusi həssaslıqla yanaşır.Bu fikirlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə ərəb ölkələrinin Azərbaycanda səfərdə olan bir qrup media nümayəndəsinin görüşündə səsləndirilib.