CƏMİYYƏT


Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşlarının çarter reysi ilə növbəti təxliyəsi həyata keçirilib

Martın 15-də Ukraynadakı vəziyyətlə əlaqədar Polşanın Katovitse şəhərindən bir qrup Azərbaycan vətəndaşının “Azərbaycan Hava Yolları”nın təşkil etdiyi çarter reysi ilə növbəti təxliyəsi həyata keçirilib.AZƏRTAC xəbər verir ki, 10-u uşaq olmaqla, ümumilikdə 184 vətəndaşımız Azərbaycana geri qayıdıb.