İQTİSADİYYAT


Bakıda “Kənddən Şəhərə” Novruz yarmarkaları davam edir

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar olaraq 12-19 mart tarixlərində təşkil olunan “Kənddən Şəhərə” yarmarkaları davam edir. Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçirilən yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq və yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı təşkil etməkdir.