CƏMİYYƏT


Qar və duman Muğanlı-İsmayıllı, Şamaxı-Pirqulu yollarında və Ağsu dolaylarında hərəkəti çətinləşdirib

Qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı və Şamaxı-Pirqulu yollarında, Ağsu dolaylarında avtomobillərin hərəkətində çətinliklər yaradıb.
AZƏRTAC xəbər verir ki, səhər saatlarından başlayaraq İsmayıllı və Şamaxı Yol İstismar idarələrinin canlı qüvvələri və ağır texnikaları əraziyə cəlb olunub. Hazırda yolun qardan təmizlənməsi işləri görülür, nəqliyyatın hərəkəti bərpa edilib.