CƏMİYYƏT


Rəssam olmaq arzusunu hərbçi peşəsinə dəyişən şəhid mayor

Ötən il noyabrın 30-da səhər saatlarında yayılan bir xəbər xalqımızı dərindən sarsıtdı: Dövlət Sərhəd Xidmətinin Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak oldu, 2 hərbçimiz isə yaralandı. Bu faciəvi hadisə təkcə həmin hərbi qulluqçularının ailə üzvlərinin deyil, böyüklü-kiçikli hər bir azərbaycanlının qəlbini inlətdi. Azərbaycanın peşəkar hərbçilərinin həlak olması ordumuz və xalqımız üçün ağır itki idi. Helikopter qəzasında həlak olan hərbçilərimizdən biri də Vətən müharibəsinin iştirakçısı, hərbi pilot mayor Murad Məmmədov idi.AZƏRTAC-ın çəkiliş qrupu şəhid hərbçimizin ailə üzvləri ilə görüşüb, onların Muradla bağlı xatirələrini lentə alıb.