“Qaradağ” Günəş Elektrik Stansiyası gələn il istifadəyə veriləcək
16.03.2022 [14:50]
Xəbərin mətni
“Qaradağ” Günəş Elektrik Stansiyası gələn il istifadəyə veriləcək. AZƏRTAC xəbər verir ki, bu məlumatı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev jurnalistlərə açıqlamasında söyləyib. O, elektrik stansiyasının 550 hektar ərazini əhatə edəcəyini də vurğulayıb.