CƏMİYYƏT


Azərbaycanda pellet yanacaq növündən ilk dəfə bu məktəblərdə istifadə edilir

Ölkə ərazisində fəaliyyət göstərən orta məktəblərin xüsusilə də bölgələrdəki təhsil ocaqlarının qış aylarında istiliklə təmin edilməsi prioritet məsələlərdəndir. Bu qışdan pellet məhsulları ilə Azərbaycanın orta məktəblərinin isidilməsi layihəsi həyata keçirilir.AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Azərbaycanın Tovuz və Ağstafa rayonunda seçilmiş 5 orta məktəbin, ümumilikdə 6 korpusunda pellet yanacağı ilə işləyən isitmə sistemi quraşdırılıb, qış mövsümündə məktəblərin isidilməsi təmin edilib.