CƏMİYYƏT


Yeraltı anbarlarda 104 kiloqram narkotik maddə gizlədən narkotacirlər saxlanılıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 15 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 38 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 104 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 2441 ədəd psixotrop tərkibli həb, 1 ədəd ov tüfəngi və 17 ədəd patron aşkar olunub.
Daxil olmuş əməliyyat məlumatı əsasında Yasamal rayonunda keçirilən tədbir zamanı əvvəllər məhkum edilmiş Elgiz Ağayev və Araz Bünyatov saxlanılıb. Həmin şəxslərdən 35 kiloqram, o cümlədən 11 kiloqram heroin, 18 kiloqram marixuana, 5 kiloqram metamfetamin və 1990 ədəd satışı qadağan edilən psixotrop tərkibli həb aşkar olunub.