CƏMİYYƏT


Araz çayının İmişlidən keçən hissəsində yerləşən karxanalarda monitorinq aparılıb

Bərpası mümkün olmayan faydalı qazıntı materiallarının hasilatının, gələcəkdə su ehtiyatlarının tükənməsinə, çirklənməsinə və ekoloji tarazlığın pozulmasına səbəb ola biləcək amillərin qarşısının alınması məqsədilə Araz çayı boyunca monitorinq aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə İmişli rayonunda çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin növbəti monitorinqi keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır