CƏMİYYƏT


Binəqədi rayonunda avtomobildən oğurluq edən şəxs tutulub

Binəqədi rayonunda gecə saatlarında “Chevrolet” markalı avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitəsinin salonundan oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törədən əvvəllər məhkum edilmiş paytaxt sakini Fərid Qasımov tutulub. Araşdırma zamanı onun həmin avtomobilin şüşəsini sındıraraq oradan pul oğurladığı müəyyənləşdirilib.