İQTİSADİYYAT


Qusardakı bayram yarmarkasında qiymətlər bazardakından 15-20 faiz ucuzdur

Novruz bayramı ərəfəsində Qusar sakinləri üçün ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 17-dən etibarən Qusar şəhərində bayram satış yarmarkası açılıb.
Bayram ərəfəsində təşkil olunan yarmarkaların məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.