İQTİSADİYYAT


Bakıxanov qəsəbəsində 5.8 km uzunluğa malik 6 küçədə təmir işlərinə start verilib

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində cari ilin “İnvestisiya Proqramına”na əsasən, Sabunçu rayonu Bakıxanov qəsəbəsi üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 5.8 km təşkil edən küçələrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işlərinə start verilib. Hazırda Bakıxanov qəsəbəsində uzunluğu 600 metr, eni isə 12 metr təşkil edən Ruhulla Axundov küçəsi əsaslı şəkildə təmir edilir. Təmir işləri çərçivəsində yeni piyada səkiləri inşa edilir, mövcudları isə bərpa olunur. Səkilərin kənarlarında olan 1200 p/metr uzunluğa malik köhnə səki daşları yeniləri ilə əvəzlənir.