CƏMİYYƏT


Sabunçu rayonunda sanitar-karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib

Son dövrlər koronavirus infeksiyasının yayılmasının qarşının alınması istiqamətində dövlətimiz tərəfindən aparılan mübarizə tədbirlərinin nəticəsi olaraq yoluxma sayında ciddi azalmalar müşahidə olunur. Buna baxmayaraq əldə olunan müsbət dinamikanın qorunub saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən qapalı məkanlar və ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb.