CƏMİYYƏT


Novruz bayramı münasibətilə şəhid ailələri üçün tədbir təşkil olunub

"Modern İnkişaf və Ailə" İctimai Birliyinin təşkilatçılığı ilə martın 18-də bir qrup şəhid ailəsi üçün bayram tədbiri keçirilib.AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbiri açan "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva qeyd edib ki, Prezident İlham Əliyevin 27 sentyabrı Anım Günü kimi təsis etməsi şəhidlərimizə ən ali ehtiramın göstəricidir.