UNESCO-nun mənzil-qərargahında Novruz bayramı qeyd edilib
19.03.2022 [10:49]
Xəbərin mətni
Azərbaycanın UNESCO yanındakı Daimi Nümayəndəliyinin təşəbbüsü ilə Əfqanıstan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Hindistan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın UNESCO yanında Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı və dəstəyi ilə qurumun mənzil- qərargahında bu ölkələrin milli adət-ənənələrini ehtiva edən Novruz bayramı təntənəli şəkildə qeyd edilib.AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif ölkələrin UNESCO yanında daimi nümayəndələri, qurumun işçiləri, bu ölkələrin diaspora üzvləri iştirak ediblər.