CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Munis Abbaslının xatirəsi anılıb

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Munis Abbaslının doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Munis Abbaslının doğum günü onun məzarı önündə qeyd edilib. Şəhidin ziyarətində ailəsi ilə birlikdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanı və idarə-müəssisə əməkdaşları, döyüş yoldaşları, qazi və veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi sükutla anılıb.