Evlərdən oğurladıqları məişət əşyalarını onlayn alış-veriş saytlarında satan şəxslər saxlanılıblar
19.03.2022 [14:00]
Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edərək evdən televizor və digər məişət əşyalarının oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin qəsəbədə yaşayan daha 2 sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən məişət əşyalarının oğurlandığını bildiriblər.