CƏMİYYƏT


Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan və polislərin saxla əmrinə tabe olmayan sürücü həbs edilib

Paytaxtın Səbail rayonunda “Range-Rover” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Daha sonra sürücü yol polisinin saxla əmrinə tabe olmayaraq hərəkətini davam etdirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin sürücü Xətai rayonunun “Neapol” dairəsi adlanan ərazisində də kobud qayda pozuntusuna yol verərək polisin saxla işarəsinə məhəl qoymayıb.