İQTİSADİYYAT


Ağdamda əkinlərin suvarma suyu ilə təminatı üçün ardıcıl tədbirlər görülür

Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağdam rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, idarə rayonun 36 min 10 hektar əkin sahəsinin suvarılmasını, eləcə də əhalinin içməli və təsərrüfat suyuna olan tələbatının ödənilməsini həyata keçirir. 31 min 559 hektar sahə subartezian quyuları, 4451 hektar sahə isə öz axımı və nasos stansiyaları ilə suvarılır.