CƏMİYYƏT


“Bakı Metropoliteni” QSC-də Novruz şənliyi keçirilib

Bu gündən “Bakı Metropoliteni” QSC-nın “İçərişəhər”, “Sahil”, “28 May”, “Elmlər Akademiyası” stansiyalarında Novruz bayramı şənliklərinə start verilib. Milli xalq tamaşasının personajları olan Bahar qız, Keçəl və Kosanın iştirakı ilə teatrallaşdırılan şən səhnəciklər, şeirlər, zarafatlar, təkcə kiçikyaşlı sərnişinlərə deyil, böyüklərə də xoş anlar bəxş edib. Həmçinin “İçərişəhər” stansiyasında “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun veteranı Bəhram Bağırzadə ilə görüş keçirilib.