İQTİSADİYYAT


Metropolitendə yenidən retro vaqonlar nümayiş olunur

Bakı metropoliteninin əsas muzey eksponatlarından olan retro vaqonlar Novruz bayramı münasibətilə “İçərişəhər” stansiyasında nümayiş etdirilir.AZƏRTAC xəbər verir ki, keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olan “A” tipli vaqon 1934-cü ilin sonunda istehsal olunub. Həmin vaqonlarda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün isə 120 yer var. Bu vaqon Bakı metropoliteni xətlərində sərnişin daşımasa da, dizaynı, maşinist kabinəsi, işıqlanma sistemi, oturacaqları və digər elementləri ilə diqqəti çəkir.