CƏMİYYƏT


80 yaşlı Püstə nənə: O vaxtı aclıq idi, Novruz süfrəsi indiki qədər zəngin olmazdı

Novruz bayramı hər il İsmayıllının Lahıc qəsəbəsində özünəməxsus şəkildə qeyd olunur. Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, yerli əhali hər il olduğu kimi, bu il də yazın, baharın gəlişini qarşılamaq üçün, isti evlərindən çıxıb bayram tonqalı ətrafına toplaşıblar.AZƏRTAC xəbər verir ki, qız-gəlinlərin hazırladıqları şəkərbura, paxlava, Lahıc halvası, şirin çörəklər, boyanan yumurtalar, cücərdilən səmənilər, şux bayram rəqsləri, aşıqların, folklor qruplarının çıxışları bayrama xüsusi rəng qatıb. Novruzun personajları olan Kosa və Keçəlin hazırladıqları səhnəciklər lahıclılarda xoş əhvali-ruhiyyə yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır