CƏMİYYƏT


Hacıqabulda xəsarətlə nəticələnən yol qəzası baş verib

Hacıqabul rayonunda yol nəqliyyat hadisəsi baş verib. Avtomobil yoldan çıxaraq aşıb sürücü xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Şirvan şəhər sakini Saməddin Yəhyayev idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.