CƏMİYYƏT


Şuşa baharı ağ libasda qarşılayır

Şuşa şəhəri baharı ağ örpəyə bürünərək qarşılayır. Yağan qar şəhərin gözəlliyinə xüsusi çalar qatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Şuşada qarın hündürlüyü 1 metrdən yuxarıdır. Havanın temperaturu mənfi 5 dərəcədən aşağı düşüb.