Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Türk Akademiyası bu il Novruz bayramını rəngarəng tədbirlərlə qeyd edib

22.03.2022 [13:30]

Xəbərin mətni

Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyası (BTA) bu il Novruz bayramını rəngarəng tədbirlərlə qeyd edib.
AZƏRTAC xəbər verir ki, Akademiyanın təşkil etdiyi tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə ilə yanaşı, Türkmənistan, Özbəkistan, Macarıstan, Monqolustan və Tacikistandan diplomatik korpusun rəhbərləri, elm xadimləri, deputatlar və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirdə qonaqlar türk dünyasının qədim Novruzla bağlı adət və ənənələrin təqdim olunduğu sərgini gəziblər.