İDMAN


Suqovuşanda avarçəkmə üzrə təlim-məşq toplantılarının keçirilməsi bölgədə idmanın dirçəldilməsinə töhfədir

Otuz ilə yaxın işğal altında qalmış doğma Qarabağımız özünün yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş ərazilərimizə həyat yenidən qayıdır. Genişmiqyaslı infrastruktur layihələri, bərpa-quruculuq işləri ilə yanaşı, mədəni-kütləvi və idman tədbirləri də həyata keçirilir.