İQTİSADİYYAT


Bölgələrdə quşçuluq təsərrüfatları genişləndirilir

Son illər bölgələrdə quşçuluq təsərrüfatları və damazlıq yumurta istehsalı intensiv inkişaf etdirilir. Belə nümunəvi təsərrüfatlardan biri də Masallı rayonunun Şatıroba kəndində fəaliyyət göstərir.AZƏRTAC xəbər verir ki, Şatıroba kəndində yaşayan təsərrüfat sahibi Ceyhun Nəzərovun fermasında 18 min baş quş saxlanılır. Fermanın tutumu isə 50 min başdır. Müəyyən yaşa çatandan sonra quşların diri halda satışı həyata keçirilir. Təsərrüfat 5 il öncə yaransa da, rayonun quş əti ilə təminatında mühüm əhəmiyyət daşıyır. Hazırda burada ayda 32 tondan çox ətlik quş istehsalı həyata keçirilir. Buna baxmayaraq, son bir neçə ayda quş yemlərinin qiymətinin qalxması təsərrüfatçı üçün bir sıra çətinliklər yaradır.