CƏMİYYƏT


Son bir neçə gündə Cəlilabad və Yardımlıya yağan qar dağ kəndlərində nəqliyyatın hərəkətini iflic edib

Yaz fəsli daxil olsa da, ölkəmizdə hava şəraitinin kəskin dəyişməsi səbəbindən bəzi bölgələrimizdə hələ də qış havası yaşanır. Bir neçə gündür ki, cənub bölgəsinin dağlıq ərazilərinə qarın yağması müəyyən çətinliklərə yol açıb.AZƏRTAC xəbər verir ki, cənub bölgəsində qarın ən çox yağdığı ərazilər arasında Cəlilabadın xüsusən ucqar dağ kəndləri olan Şatırlı, Buravar, Musalı, Kövüzbulaq, eləcə də Yardımlı rayonu da var.