CƏMİYYƏT


Tovuzda yol nəqliyyat hadisəsi baş verib

Tovuzda qəza olub, xəsarət alanlar var. Hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.AZƏRTAC xəbər verir ki, hərəkətdə olan "VAZ 21015" markalı minik maşınının sürücüsü idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Daha sonra yol kənarındakı ağaca çırpılıb.Qəza zamanı sürücü 31 yaşlı Murad Əsgərov və onun atası Akif Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır