Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir
23.03.2022 [14:34]
Azərbaycanda martın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var.