CƏMİYYƏT


Azərbaycan Evində Kiyev sakinləri üçün yardım aksiyası təşkil edilib

Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisi – Azərbaycan Evi bu gün kiyevlilərin də böyük ümidlə üz tutduğu məkana çevrilib. Soydaşlarımızın təxliyəsindən sonra UAR paytaxt sakinləri üçün yardımları müntəzəm davam etdirir. UAR İdarə Heyətinin üzvü, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin dəstəyi ilə bu gün səhər Azərbaycan Evində növbəti yardım aksiyası təşkil edilib. Aksiya zamanı Kiyevdəki aztəminatlı ailələr üçün ərzaq məhsulları, tibbi yardım ləvazimatları, geyim əşyaları və s. zəruri məhsullar paylanılıb.