CƏMİYYƏT


Qubaya istirahətə gələn şəxslərdən külli miqdarda narkotik vasitə götürülüb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçiriblər.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildiriblər ki, verilmiş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin əldə olunması, saxlanması və daşınmasında şübhəli bilinən Bakı şəhər sakinləri Mais Alməmmədov, İlkin İbrahimov və Vahid Allahverdiyev saxlanılıblar. Həmin şəxslərin üzərinə və M.Alməmmədova məxsus avtomobilə baxış keçirilən zaman külli miqdarda heroin, marixuana və metamfetamin aşkarlanaraq götürülüb.