CƏMİYYƏT


Müasir izolyasiyalı və mühafizəli kabel xətti ölkəmizdə ilk dəfə olaraq Suqovuşanda tətbiq edilib

Böyük Qayıdışa aparan yolda qarşıda duran mühüm vəzifələrdən biri işğaldan azad edilmiş torpaqlarımızda enerji infrastrukturunun qurulmasıdır. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Suqovuşan qəsəbəsində də bu istiqamətdə mühüm işlər həyata keçirilir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qısa müddətdə Suqovuşana 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xətti çəkilib. Qəsəbə elektrik enerjisi ilə təmin olunub. Gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında təmir-bərpa işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır