Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib
26.03.2022 [13:55]
Xəbərin mətni
Ağstafada minik maşını ağaca çırpılıb. Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hərəkətdə olan "Mercedes " markalı minik maşını VAZ 2106 markalı avtomobilə dəyərək idarə etməni itirib. Hadisə nəticəsində avtomobil yoldan çıxaraq ağaca dəyib. Avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Teymur Talıbov hadisə yerində ölüb.