Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Belçikada Azərbaycan günü keçirilib

26.03.2022 [14:14]

Xəbərin mətni

Belçika Krallığında fəaliyyət göstərən “Xəzər-Avropa İnteqrasiya və Əməkdaşlıq Təşəbbüsü" lobbi təşkilatı (CIEIP) tərəfindən Novruz bayramı münasibətilə Azad Brüssel Universitetində (Vrije Universiteit Brussels) Azərbaycan günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəssam Əsmər Nərimanbəyovanın əsərləri nümayiş etdirilib, Azərbaycan şirniyyatları və milli musiqisindən parçalar təqdim olunub.