CƏMİYYƏT


Surra məntəqəsində Kür çayının səviyyəsi 123 santimetr qalxıb

Son günlər Kür çayında suyun səviyyəsi qalxıb. Buna səbəb bir neçə gündür fasiləsiz yağan yağıntılardır. Kür çayında suyun səviyyəsində olan artım martın ikinci on günlüyündən etibarən müşahidə edilir. Bununla yanaşı, çayın axını da xeyli sürətlənib. Bir müddət əvvəl su azlığı zamanı əmələ gələn kiçik adalar da yoxa çıxıb.