Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabadda və Lənkəranda su basmış ərazilər təmizlənib

26.03.2022 [18:58]

Xəbərin mətni

İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin qüvvələri tərəfindən Cəlilabad rayonunun Göytəpə şəhəri və Lənkəran şəhərində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.