Azərbaycan Dövlət İnformasiya Agentliyi

Maks Ferstappen Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi olub

28.03.2022 [10:51]

Xəbərin mətni

“Red Bull” komandasının pilotu Maks Ferstappen Ciddə Şəhər Halqasında keçirilən Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi olub.AZƏRTAC xəbər verir ki, birincilik uğrunda əsas mübarizə Ferstappenlə “Ferrari”nin pilotu Şarl Lekler arasında olub. “Red Bull”un yürüşçüsü son dairədə rəqibini qabaqlayaraq finişə birinci çatıb. Fəxri kürsünün üçüncü pilləsini “Ferrari”nin digər pilotu Karlos Sainz tutub. “Mercedes” komandasının məşhur pilotu, yeddiqat dünya çempionu Luis Hamilton isə finişə 10-cu çatıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI