CƏMİYYƏT


İntensiv heyva bağında dərmanlama işləri görülür – ilk məhsul ilində 250 tona yaxın heyva tədarükü gözlənilir

Saatlıda Türkiyədən gətirilən “Eşmə” heyva növü yetişdirilir. Hazırda bağda dərmanlama işləri görülür. 2020-ci ildə salınan bağdan cari ildə məhsul götürülməsi planlaşdırılır.
AZƏRTAC –ın bölgə müxbiri xəbər verir ki, Saatlıda yaz-tarla işlərinə uyğun olaraq əkin sahələrində, həmçinin bağlarda becərmə və qulluq işləri aparılır. Rayonda ilk dəfə olaraq Türkiyədən gəlmə tinglər hesabına salınan intensiv heyva bağında da ağacların dərmanlanması davam edir. Rayonun Qaralar kəndi ərazisində yerləşən bağ 27 hektar ərazini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır