CƏMİYYƏT
Bayram tətili günlərində 13 küçə və prospektdə təmir işləri aparılıb
28.03.2022 [16:30]
Bayram tətili günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 22-27 mart tarixlərində bir-neçə küçə və prospektdə təmir işləri aparılıb.
Agentlikdən bildirilib ki, təmir işləri zamanı deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib. Ardınca üfiqi nişanlama xətlərinin çəkilişi işləri icra olunub.
Təmir işləri 13 küçə və prospektin 30 min kv.m-dən çox sahəsində aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
19.05.2022 [14:22]
21.05.2022 [13:15]
16.05.2022 [18:57]
13.05.2022 [14:03]
10.05.2022 [10:36]
20.05.2022 [10:22]
20.05.2022 [10:19]
19.05.2022 [11:50]