CƏMİYYƏT


Suraxanıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü və sərnişin saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti profilaktik tədbir zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü və sərnişin müəyyən edilib. Hövsan qəsəbəsində Abşeron rayon sakini Şəmistan Mirişlinin idarə etdiyi “Chevrolet” maraklı avtomobil manevr qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib. Amma sürücü polislərə tabesizlik gösdərərək hərəkətini davam etdirib. Yol polisləri tərəfindən görülən tədbir nəticəsində sürücü saxlanılıb. Daha sonra sürücü və onun yanında olan sərnişin İmişli rayon sakini Elnur Novruzlu polis əməkdaşlarına müqavimət göstərərərk hadisə yerindən yayınmağa çalışıblar. Hər iki şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib.