CƏMİYYƏT


Bursa Diaspor Forumu çərçivəsində keçirilən görüşlərdə Azərbaycan diasporunun inkişafından danışılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türk Dövlətləri Təşkilatının (TDT) Bursada təşkil olunan İkinci Diaspor Forumu çərçivəsində Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdullah Eren, Qırğızıstanın Xarici İşlər Nazirliyinin Məcburi Miqrasiya üzrə Departamentinin direktoru Taştanbek Kayimazarov və Özbəkistanın Nazirlər Kabineti nəzdində Millətlərarası Əlaqələr və Xarici Ölkələrlə Dostluq Komitəsinin sədri Rustambek Kurbanov ilə görüşüb.